PSJ-nin hücumçusu Edinson Kavani klubdan ayrılacağı yönündə çıxan iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, Liqa-1 nəhəngində qalacağından əmin olduğunu deyib:
 
"Niyə də ayrılmalıyam? Parisdə çox rahatam. Mənim hazırda müqaviləm var. Burda hər şey yaxşıdı. Özümü sakit hiss edirəm".
 
Mətbuatda uruqvaylı forvardın yaxın günlərdə "Mançester Yunayted"ə keçəcəyi barədə xəbərlər yayılmışdı.
Shares: