Hollandiyadakı təlim-məşq toplanışını başa vurduqdan sonra vətənə qayıdan “Qəbələ” komandası ölkəmizdə hazırlıq matçı keçirəcək. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, əyalət təmsilçisi Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan “Qaradağ Lökbatan”la qarşılaşacaq.
 
Həmin yoxlama görüşü avqustun 2-də “Bakı”nın bazasında baş tutacaq.
 
Qeyd edək ki, Hollandiyada 4 yoxlama matçı keçirən Dorinel Muntyanunun yetirmələri  ilk sınaq matçında yerli "Arnem"ə 4:0 hesabıyla qalib gəlib, ardından "AZ Alkmaar"a məğlub olub – 0:2. Türkiyənin "Konyaspor" klubu ilə qarşılaşmada isə 2:0 hesablı qələbə qeydə alınıb. Azərbaycan klubu son sınaq matçında “Herenven”ə 0:1 hesabı ilə məğlub olub.
Shares: