"Monako" "Şaxtyor"un futbolçuları Aleks Teyşeyra və Duqlas Kostanı heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, knyazlıq klubu bu iki futbolçuya görə Ukrayna təmsilçisinə 65 milyon avro ödməyə hazırdı.
"Monako" avqustun 8-nə kimi Teyşeyra və Kostanın transferini yekunlaşdırmaq istəyir. Çünki sözü gedən tarixdə Fransa Liqasına start veriləcək.
Xatırladaq ki, hər iki yarımmüdafiəçi təlim-məşq toplanışının ardından Ukraynaya qayıtmaqdan imtina edib.