“Barselona”nın yeni transeri Luis Suaresin 4 aylıq cəzasının ləğvi ilə bağlı dəqiq qərar avqustun 8-də açıqlanacaq. Futbolinfo.az xəbər verir ki, DÇ-2014 zamanı rəqibi dişlədiyinə görə futboldan diskvilifikasiya edilən forvard bu tarixdə İdman Arbitraj Məhkəməsinə (CAS) çıxacaq və onun apelyasiya şikayətinə baxılacaq.
Suares vəkililə birlikdə məhkəmə zalına gedəcək.
Daha öncə hücumçunun 4 aylıq cəzasının ortadan qaldırılacağı yönündə xəbərlər yayılmışdı.