İntizamsız davranışlarına görə, "Atletiko Mineyro"dan qovulan Ronaldinyo karyerasıni bitirəcəyi ilə bağlı xəbərləri təkzib edib. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu bu haqda düşünmədiyini bildirib:
"Karyeramı başa vurmaq? Hələ ki, bu haqda düşünmürəm. Hazırda menecerim klublarla danışıqları davam etdirir. Növbəti həftədən gələcək karyeram haqda düşünəcəm. Telefonlarıma gələn zənglərin ardı-arası kəsilmir. Ancaq bir qədər istirahət etmək istəyirəm".