Avstriya “Zalsburq”unun futbolçusu Valentino Lazaro Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan yarımmüdafiəçi 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Qarabağ”dan belə oyun gözləmirdik. Çünki “Qarabağ” haqqında çox məlumatımız yox idi. Sadəcə, bir neçə oyununun videosuna baxmışdıq və güclü klub olduğunu bilirdik. Birinci hissə öz oyunumuzu göstərə bilmədik. Təbii ki, qapımızda gördüyümüz erkən qol və futbolçumuzun qırmızı vərəqə alması da oyunumuza mənfi təsir göstərdi. Fasilə vaxtı öz aramızda danışdıq ki, çıxaq, daha yaxşı oyun göstərək, belə olmaz. İkinci yarıda bir qol da vurduq, lakin rəqib növbəti topu qapımızdan keçirdi və qələbə qazandı. Əlbəttə ki, Reynaldonun növbəti matçda oynamaması bizim üçün üstünlükdü. Amma yalnız buna bağlı qalmamalıyıq. Əsas odr ki, öz oyunumuzu oynayaq və istədiyimiz nəticəni qazanaq”.