Bu dəqiqələrdə "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Çixura" komandasını qəbul edir. Futbolinfo.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən qarşılaşma ölkə futbolunun rəhbərlərinin diqqətindən yayınmayıb.
Belə ki, matçı izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da var. Bundan başqa PFL-in prezidenti Ramin Musayev də matçı izləyənlər arasındadı.
Maraq üçün bildirək ki, "Neftçi" – "Çixura" oyunu izləmək üçün Türkiyədən də ölkəmizə gələn var. Belə ki, "Bursaspor" komandasının baş məşqçisi Şenol Günəş hazırda davam edən qarşılaşmanı canlı izləyir.
Bundan başqa qarşılaşmanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, komandanın kapitanı Rəşad Sadıqov və "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin də izləyir.