Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Neftçi" "Bakcell Arena"da Gürcüstanın "Çixura" komandasını qəbul edir. Futbolinfo.az xəbər verir ki, matçın ilk hissəsinin sonlarında azarkeşlər arasında qarşıdurma olub.
 
Hər iki komandanın azarkeşləri arasında baş vermiş qarşıdurma nəticəsində gürcü azarkeşlərdən birinin vəziyyəti pisləşib. Gürcü azarkeşə ambulansda ilkin tibbi yardım göstərilib.
 
Maraq üçün bildirək ki, bu qarşıdurmaya səbəb gürcü azarkeşləri səbəb olub. Belə ki, "Çixura" azarkeşləri Gürcüstanın xəritəsi olan pankart açıblar. İş burasındadı ki, həmin pankartda Qax, Balakən, Zaqatala Gürcüstanın ərazisi kimi göstərilib.
Shares: