"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında "Çixura"nı məğlub edə bilmədi. Futbolinfo.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatdı.
 
Qolsuz keçən matçdan sonra "Çixura"nın baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb:
 
– Gözlədiyimiz kimi, çətin və gərgin oyun keçdi. "Neftçi" güclü və bir çox titula sahib olan komandadı. Çox gözəl məşqçiləri və futbolçuları var. Bu oyunda uğur bizim tərəfdə oldu. Qol vurmaq üçün imkanlarımız oldu. Artıq oyun başa çatıb. Cavab matçına daha da ciddi hazırlaşacağıq. Cavab matçı daha gərgin keçəcək. Bir neçə dəfə Bakıda olmuşam. Azərbaycanın inkişafına heyran oldum.
 
– "Neftçi"nin istefada olan vitse-prezidenti Tahir Süleymanov "Çixura"nın "Neftçi"yə rəqib olmayacağını bildirmişdi. Bu fikirlə bağlı nə deyə bilərsiz?
– Bu gün göstərdik ki, aşağılanası rəqib deyilik.
 
– Oyuna gəlmək üçün azarkeşlərə kömək etdiniz?
– Gürcüstandan gələn azarkelərə təşəkkürümü bildirirəm.
 
– Cavab matçında şansları necə dəyərləndirirsiz?
– "Neftçi" həqiqətən də güclü komandadı. Bizim komandamız onlarla müqayisə oluna bilməz. Ancaq biz sonadək mübarizə aparacağıq.
 
– Gürcü azarkeşlər Azərbaycanın ərazi bütövlüyünə zidd olan pankart açmışdı. Buna münasibətiniz necədi?
– Bu cür hərəkətləri psiləyirik. Azərbaycan bizim çox gözəl qonşumuzdu. Mən sizə deyim ki, onlar "Çixura"nın azarkeşləri deyildilər. Onların etdiyi hərəkətlərə görə sizdən üzr istəyirəm.
 
– "Neftçi" evdə "Koper"ə məğlub olandan sonra bakılıların prezidenti mətbuata açıqlamasında səfər matçında "Koper"i 2:0 hesabı ilə məğlub edəcəklərini bildimişdi. Sadıq Sadıqovun növbəti yuxusundan qorxmursuz ki?
– "Neftçi"nin prezidentinin hər hansı bir yuxu görəcəyini indidən bilmədiyim üçün, bundan heç bir qorxum yoxdu.
 
– Bundan əvvəlki rəqibiniz – Türkiyə "Bursaspor"u ilə ev oyununda çoxlu qalmaqal yaşanmışdı. Eyni hal "Neftçi" ilə oyunda da təkrarlana bilər?
– Azərbaycan bizə yaxın ölkədi. Heydər Əliyevin qurduğu böyük bir münasibətimiz var. Bilirəm ki, Azərbaycan nümayəndələri bu cür davranış etməyəcək. Gürcüstan milləti çox qonaqpərvərdi. Həmin davanın başlanmasına "Bursaspor"un baş məşqçisi səbəb oldu. Onların azarkeşləri bizə qəpik atırdı. Oyundan əvvəl də bizə məşq etmək üçün köhnə top vermişdilər. İnanılmaz bir şey idi. Belə bir şey görməmişik. Sizi Gürcüstana dəvət edirik.
 
– Ola bilməzdi ki, onların etdiyi hərəkətə qarşı bir jest edəsiz?
– Bu hadisəyə görə klubun nümayəndəsi cəzalandırılıb. Buna görə o, 6 ay maaş almayacaq. Bizim davranışımızı siz də gördüz.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp