Xəbər verdiyimiz kimi, növbəti mövsümə hazırlıqlarını davam etdirən “Bakı” ötən gün daha bir yoxlama görüşü keçirib. Futbolinfo.az xəbər verir ki, klubun təlim-məşq bazasının meydanında baş tutan oyunda "zolaqlılar" “Zirə” klubu ilə qarşılaşıb.
 
Komandanın böyük üstünlüyü şəraitində keçən görüşdə “Bakı” 3:0 hesablı qələbə qazanıb. Əvvəlcə oyunun 11-ci dəqiqəsində Namiq Ələsgərov sol cinahdan yerlə verilən ötürməni dəqiq tamamlayıb. İlk hissənin son dəqiqəsində isə Turalın sağ cinahdan ötürmə cəhdi avtoqolla nəticələnib. Nəhayət, ikinci yarının 57-ci dəqiqəsində Nicat Əsgərov komandasının 3-cü qoluna imza ataraq, yekun nəticəni müəyyənləşdirib.
 
“Bakı”nın ilk hissədəki heyəti — Aqil Məmmədov, Elşad Manafov, Vüqar Bəybalayev, Şəhriyar Əliyev, Mario Horvat, Yure Travner, Nuran Qurbanov, Risto Ristoviç, Namiq Ələsgərov, Tural Qürbətov, Nurlan Novruzov.
 
İkinci hissədəki heyət — Azad Kərimov, Aydın Mustafayev, Elvin Əliyev, Ülvi Süleymanov, Elton Hüseynov, Nicat Əsgərov, Raul Yaqubzadə, Elmin Əsgərli, Əziz Quliyev, Valeh Seyidov.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp