Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi üçüncü təsnifat mərhələsinin ilk oyununda Gürcüstan "Çixura"sı ilə qolsuz heç-heçə etdi. Futbolinfo.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan matç bir sıra qalmaqallarla yadda qaldı.
 
Belə ki, gürcü azarkeşlərin Azərbaycanın ərazi bütövlüyünə zidd olan pankart açması "ağ-qaralı" fanatların narazılığına səbəb olmuşdu. Məhz bu pankartdan sonra tərəflər arasında gərgin anlar yaşandı. Ancaq vəziyyətə vaxtında müdaxilə edən polis əməkdaşları aranı çətinliklə də olsa, sakitləşdirə bildi. Qarşılaşma başa çatdıqdan sonra isə gürcü fanatlar "Neftçi" rəhbərliyinin və asayiş keşikçilərinin müşayiəti ilə stadionu sonda tərk etdi.
Shares: