Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən biri – son ölkə çempionu "Qarabağ" da Avropada növbəti sınağına çıxıb.
Ağdam klubu Hollandiya "Tvente"si ilə mübarizə aparırdı. Bu rəqiblə Bakıdakı ilk oyun qolsuz başa çatdığı üçün təmsilçimizə cavab oyununda hətta qollu heç-heçə də sərf edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma ikinci yarının əvvəlində komandamız hesabı bərabərləşdirməyə nail olub. Sonadək bu hesab dəyişmədiyindən, Ağdam klubu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanıb.
Xatırladaq ki, "Qarabağ" beş il öncə məhz pley-off mərhələsində bu rəqibinə uduzmuşdu. Bakıdakı oyun qolsuz bitdiyi halda, Enshededə meydan sahibləri 3:1 hesabıyla üstün olmuşdular. Bir sözlə, Ağdam klubu bu uğuru ilə illər öncəki qisasını almış oldu.
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
28 avqust
Tvente – Qarabağ – 1:1 (1:0)
Qollar: L.Kastaynos, 37 (1:0), M.Muarem, 51 (1:1).
Hakimlər: Paolo Silvio Matsoleni, Lorenso Manqanelli, Alessandro Petrella, Sebastyano Perutso (İtaliya).
Sarı vərəqə: Q.Qarayev, 87.
Sarı vərəqə: Q.Qarayev, 87.
Enshede. "Tvente" stadionu.
İlk oyun – 0:0
Tvente: 1. Nik Marsman, 2. Kuko Martina, 3. Andreas Byelland (k), 4. Darril Laxman, 5. Robbert Şilder, 8. Kayl Ebesilio (19. Şadrax Eqan, 64), 22. Kamohelo Mokotjo, 7. Yuness Moxtar (25. Bilal Ould Şix, 90+4), 10. Hakim Ziyex (9. Torqeyr Borven, 79), 30. Luk Castaynos, 33. Kasper Kusk.
Ehtiyat oyunçular: 20. Sonni Stevens, 15. Diko Koppers, 16. Tim Brukers, 17. Rasmus Benqtsson.
Baş məşqçi: Alfred Şreyder.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 71), 20. Riçard Almeyda, 70. Çumbinyo (7. Namiq Yusifov, 79), 17. Vüqar Nadirov (24. Admir Teli, 85).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.