"Barselona" transfer çalışmalarına son qoyub. Futbolinfo.az xəbər verir ki, katalonlar daha bu yay transfer etməyəcək.
Son olaraq "San Paulo"dan Duqlas Pereyranı heyətinə cəlb edən La Liqa nəhəngi rəsmi saytı vasitəsi ilə bu il başqa oyunçu almayacağını açıqlayıb.
Qeyd edək ki, "Barselona" yay transferi pəncərəsində İvan Rakitiç, Andre ter Stegen, Luis Suares, Klaudio Bravo kimi futbolçuları alıb.
FİFA tərəfindən cəzalı olan komanda qarşıdakı iki transfer dövründə heç bir oyunçu ala bilməyəcək.