Almaniya millisinin kapitanı Filip Lamın yığmadakı karyerasını başa vurmasından sonra komandada hələ də kimin kapitan olacağına aydınlıq gəlməyib. Futbolinfo.az xəbər verir ki, rəhbərlik “Bavariya”nın üzvü Tomas Mülleri bu yerə layiq görsə də, təcrübəli oyunçu "Bild"ə açıqlamasında kapitanlığa ondan daha layiqli futbolçuların olduğunu bildirib:
 
"Komandanın lideri olmaq üçün kapitan olmağa ehtiyac yoxdu. Almaniya millisinin kapitanı olmaq istəmirəm. Kapitanlıq sarğısını Şvaynştayger və ya Noyer daşımalıdı".
Shares: