UEFA prezidenti Mişel Platininin gələn il keçiriləcək FİFA prezidentliyinə seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, fransalı özü açıqlamasında FİFA prezidentliyinə namizəd olmayacağını bildirib.
"Öz işimlə məşğul olmaq istəyirəm" – deyən Platini eyni zamanda seçkilərdə hazırki FİFA prezidenti Yozef Blatterə dəstək verməyəcəyini bildirib.