"Bavariya" Madrid "Real"ının yarımmüdafiəçisi Xabi Alonsonu transfer etməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi ispaniyalı futbolçunu icarəyə götürmək niyyətindədi.
"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola Bastian Şvaynştayger və Xavi Martinesin zədələnməsindən sonra orta xəttdə yaranan boşluğu məhz Alonso ilə doldurmağı düşünür. Almaniya klubu 32 yaşlı futbolçunun icarəsi üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Alonsonun "Real"la 2016-cı ilə qədər müqaviləsi var.