Məşhur italyan futbolçu Alessandro Del Pieronun yeni iş yeri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, o, karyerasını Hindistan Liqasında davam etdirəcək.
 
İtalyan futbolçu "Del Dinamos" klubuyla anlaşıb. O, yeni iş yerində 3 ay forma geyəcək.
Sözügedən müddətin ardından 39 yaşlı oyunçu ABŞ-a yollanacaq və MLS klublarından biriylə anlaşacaq.
 
Qeyd edək ki, Del Piero son 2 mövsümü Avstraliyanın "Sidney" klubunda keçirib.
Shares: