“Bavariya” rəsmisi Yan-Kristian Dreesenin son açıqlaması gündəmə oturub. Futbolinfo.az xəbər verir ki, o, klubun yeni transferi Mehdi Benatianın imza mərasimi zamanı Madrid “Real”ının yarımmüdafiəçisi Xabi Alonsonu da transfer etdiklərini açıqlayıb:
"Real”la prinsipdə razılaşmışıq. Xabi Alonso sabah Münhenə gələrək sağlamlıq yoxlamasından keçəcək".
Bu isə bu gün Avropa mətbuatında yayılan xəbərlərin yalan olmadığını göstərib. İddialara görə, “pivəçilər” Alonsoya görə, Madrid klubuna 6,5 milyon avro ödəyəcək.
O, “Bavariya”da zədəli dayaq yarımmüdafiəçiləri Bastian Şvaynştayger və Xavi Martinesin boşluğunu doldurmaq üçün transfer edilib.
Xatırladaq ki, Xabi 2009-cu ildə 30 milyon funt sterlinq qarşılığında “Liverpul”dan “Real”a transfer edilmişdi.