İngiltərə millisinin yeni kapitanı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Stiven Cerrard yığmadakı karyerasını başa vurduqdan sonra sarğı "Mançester Yunayted"in hücumçusu Ueyn Runiyə həvalə olunub.
 
Bu qərarı baş məşqçi Roy Hocson verib. O, Runinin liderliyə layiq olduğunu bildirib.
 
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "mankunyanlar"ın da kapitanı seçilmişdi.
Shares: