Xəbər verdiyimiz kimi, dünən "Neftçi" azarkeşləri Avropa Liqasının pley-off mərhələsində komandamızın rəqibi olan Serbiya "Partizan"ının avtobusuna hücum çəkərək, onun şüşəsini sındırmışdı. Futbolinfo.az xəbər verir ki, qonaqlar bu gün oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionuna məhz şüşəsi qırıq avtobusla gəlib.
Görünür, serblər yerli fanatların izini itirmək istəmir. Onların bundan istifadə edəcəyi də istisna deyil.