Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
 
– "Neftçi"nin qonaqpərvərliyinə görə onlara təşəkkür edirəm. Bizə hörmət göstərdilər. Öz futbolçularımı qələbəyə görə təbrik edirəm. Möhtəşəm komandaya qarşı iki oyunda qələbə qazandıq. Bu şəraitdə oynamaq çətin idi. Buna baxmayaraq, komandam əlindən gələnin artığını etdi. İlk hissədə qol vurduq. İkinci hissədə canlanma yox idi. Saşa İliç meydana daxil olduqdan sonra komandanı qələbəyə daşıdı. Qrup mərhələsinə vəsiqə qazandığımız üçün futbolçularımı təbrik edirəm.
 
– "Neftçi"nin baş məşqçisi siz olsaydız, meydanda hansı futbolçuları saxlayardız?
– Mən həmkarıma hörmətlə yanaşıram. Buna cavab vermək etikaya uyğun deyil.
 
– Meydanın bu vəziyyətdə olması "Partizan"ın işinə yaradı?
– Hər iki komanda meydanın bu vəziyyətinə görə əziyyət çəkdi. Qazon ideal olsaydı, daha yaxşı oyunun şahidi olardıq. İkinci hissədə oynamaq bizim üçün daha çətin oldu. Hava şəraiti də futbolçularıma təsir etdi.
Shares: