"Neftçi"nin futbolçusu Ernest Nfor Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Mən topa oynamışdım. Məqsədim futbolçunu yıxmaq deyildi. Həmin epizodda hakim mənə ikinci sarı vərəqəni göstərdi. Hamı insandı. O da səhv edə bilər, mən də. Hakim öz vəzifəsini icra edirdi. Onun qərarını mühakimə etməyim düzgün çıxmaz. Hər halda, oyunun videosuna baxıb, harada səhv olduğunu aydınlaşdıracağıq. Amma hesab edirəm ki, mən orada səhv etmədim".
 
Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda da "Partizan" 3:2 hesabıyla üstün olmuşdu.
Shares: