Serbiyanın "Partizan" klubunun futbolçusu İsmael Fofana Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
 
"Maraqlı oyun oldu. Rəqibin də təhlükəli epizodları oldu, biz də yaxşı qol şansları yaratdıq. Nəticədə burada da qalib gəlib, mərhələ adladıq. Onu da qeyd edim ki, meydançanın vəziyyəti çox pis idi. Buna baxmayaraq, komanda yoldaşlarım çox çalışdı. İnamlı mübarizəyə görə onlara təşəkkür edirəm. "Neftçi" asan rəqib deyildi. Onlar yaxşı qol imkanları yarada bildilər. Lakin alınmadı. Qrup mərhələsinə vəsiqə qazandığımız üçün çox xoşbəxtəm".
 
Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda da "Partizan" 3:2 hesabıyla üstün olmuşdu.
Shares: