"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında səfərdə Hollandiya "Tvente"si ilə 1:1 hesablı heç-heçəyə nail olaraq, qrup mərhələsinə adladı. Ağdam klubunun qrup mərhələsində məsuliyyəti böyük olduğundan, komandaya yeni transferlər də edilə bilər.
 
Bu barədə futbolinfo.az saytına açıqlamasında "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl bildirib: "Bu, çox böyük sevincdi. Ancaq məsuliyyətli işdi. Biz ölkəmizi təmsil edəcəyik deyə, buna ciddi hazırşamaq lazımdı. Azərbaycana "Qarabağ" adından sevinc yaşatdıqsa, bunun özü böyük xoşbəxtlikdi. Qruplara düşəcəyimizə hamı inanırdı. Sabah püşkatma mərasimi olacaq. Ayın axırına qədər də vaxtımız var. Bu barədə baş məşçimiz Qurban Qurbanovla məsləhətləşəcəyik. Bundan sonra da addımlar atılacaq. Ən böyük istəyimiz Qarabağ adını Avropada səsləndirməkdi. İnşallah, bu yöndə işlərimizi quracağıq".
 
Çəlikəl xüsusi olaraq qələbəni prezidenti Abdulbari Gözələ həsr edib: "Bu uğuru xüsusi olaraq Abdulbari Gözəl bəyə həsr edirəm. Bu, onun əməyinin bəhrəsidi. Mən 10 ildi klubdayam. Gözəl bəy isə 13 ildi ki, təmənnasız olaraq kluba rəhbərlik edir. Məncə, hamıdan çox bu sevindi o haqq edirdi. Klub adından isə bu uğurumuzu bütün Azərbaycana həsr edirik".
Shares: