UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə iştirak edən 62 klub qrup mərhələsinə adlamaq yolunda son addımını atıb.
Qeyd edək ki, bu mərhələdə iki Azərbaycan klubu da mübarizə aparırdı. Son Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə Hollandiya "Tvente"si, kubokun qalibi "Neftçi" isə Serbiya "Partizan"ı ilə üz-üzəydi. Təəssüf ki, "Neftçi" mübarizəni dayandırsa da, "Qarabağ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı.
"İnter"i Avroliqadan uzaqlaşdırmış İsveç "Elfsborq"u Portuqaliyanın "Rio Ave" komandasıyla səfər oyununda minimal hesabla məğlub olaraq, yarışdan kənarlaşıb.
Qardaş ölkə Türkiyənin Avroliqadakı təmsilçilərindən "Karabükspor" Fransanın "Sent-Etyenn" komandasının qonağı olub. Penaltilərə qədər uzanan qarşılaşmada Karabük klubu sevinən tərəf ola bilməyib. "Trabzonspor" isə Rusiya "Rostov"u ilə cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, mərhələ adlayıb.
Bütün oyunların nəticələri ilə sizi tanış edirik:
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunları)
28 avqust
Lokomotiv (Moskva, Rusiya) – Apollon (Limassol, Kipr) – 1:4 (ilk oyun – 1:1)
Krasnodar (Rusiya) – Real Sosyedad (İspaniya) – 3:0 (0:1)
Metallist (Ukrayna) – Rux (Polşa) – 1:0 (0:0)
Neftçi (Azərbaycan) – Partizan (Serbiya) – 1:2 (2:3)
Omoniya (Kipr) – Dinamo (Moskva, Rusiya) – 1:2 (2:2)
PAOK (Yunanıstan) – Zimbru (Moldova) – 4:0 (0:1)
Astra (Rumıniya) – Olimpik (Lion, Fransa) – 0:1 (2:1)
Rostov (Rusiya) – Trabzonspor (Türkiyə) – 0:0 (0:2)
Hayduk (Xorvatiya) – Dnepr (Ukrayna) – 0:0 (1:2)
Şaxtyor (Belarus) – PSV (Hollandiya) – 0:2 (0:1)
Şerif (Moldova) – Riyeka (Xorvatiya) – 0:3 (0:1)
Tvente (Hollandiya) – Qarabağ (Azərbaycan) – 1:1 (0:0)
Makkabi (Təl-Əviv, İsrail) – Asteras (Yunanıstan) – 3:1 (0:2)
Midtyilland (Danimarka) – Panatinaikos (Yunanıstan) – 1:2 (1:4)
Feyenoord (Hollandiya) – Zarya (Ukrayna) – 4:3 (1:1)
Sent-Etyenn (Fransa) – Karabükspor (Türkiyə) – 1:0 (0:1) (penaltilər – 4:3)
Debretsen (Macarıstan) – Yanq Boyz (İsveçrə) – 0:0 (1:3)
Sürix (İsveçrə) – Spartak (Slovakiya) – 1:1 (3:1)
Rapid (Vyana, Avstriya) – HİK (Finlandiya) – 3:3 (1:2)
Sparta (Çexiya) – Zvolle (Hollandiya) – 3:1 (1:1)
Torino (İtaliya) – Split (Xorvatiya) – 1:0 (0:0)
Hall Siti (İngiltərə) – Lokeren (Belçika) – 2:1 (0:1)
İnter (İtaliya) – Styarnan (İslandiya) – 6:0 (3:0)
Borussiya (M, Almaniya) – Sarayevo (Bosniya-Herseqovina) – 7:0 (3:2)
Nasional (Portuqaliya) – Dinamo (Minsk, Belarus) – 2:3 (0:2)
Tottenhem (İngiltərə) – AEL (Kipr) – 3:0 (2:1)
Vilyarreal (İspaniya) – Astana (Qazaxıstan) – 4:0 (3:0)
Brügge (Belçika) – Qrashpoppers (İsveçrə) – 1:0 (2:1)
Dinamo (Xorvatiya) – Petrolul (Rumıniya) – 2:1 (3:1)
Legiya (Polşa) – Aktobe (Qazaxıstan) – 2:0 (1:0)
Rio Ave (Portuqaliya) – Elfsborq (İsveç) – 1:0 (1:2)