Ötən gecə Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, cavab oyunlarından sonra bu turnirin qrup mərhələsinin bütün iştirakılarının adına aydınlıq gəldi.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsində 48 klub mübarizə aparacaq. Onlardan yeddisi mübarizəyə birbaşa bu mərhələdən başlayanlardı: "Sevilya" (İspaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Fiorentina" (İtaliya), "Volfsburq" (Almaniya), "Everton" (İngiltərə), "Eştoril" (Portqaliya), "Genqam" (Fransa).
Daha 10 iştirakçı Çempionlar Liqasının pley-off mərhələsində uduzanlardı. Onların siyahısı belədi: "Standard" (Belçika), "Olborq" (Danimarka), "Slovan" (Slovakiya), "Seltik" (Şotlandiya), "Lill" (Fransa), "Beşiktaş" (Türkiyə), "Kopenhagen" (Danimarka), "Zalsburq" (Avstriya), "Napoli" (İtaliya) və "Styaua" (Rumıniya).
Qalan 31 iştirakçı isə Avroliqanın pley-off mərhələsini qalib başa vuranlardı. Hansı ki, onların arasında Azərbaycan çempionu "Qarabağ" da var: "Apollon" (Limassol, Kipr), "Krasnodar" (Rusiya), "Metallist" (Ukrayna), "Partizan" (Serbiya), "Dinamo" (Moskva, Rusiya), PAOK (Yunanıstan), "Astra" (Rumıniya), "Trabzonspor" (Türkiyə), "Dnepr" (Ukrayna), PSV (Hollandiya), "Riyeka" (Xorvatiya), "Qarabağ" (Azərbaycan), "Asteras" (Yunanıstan), Panatinaikos (Yunanıstan), "Feyenoord" (Hollandiya), "Sent-Etyenn" (Fransa), "Yanq Boyz" (İsveçrə), "Sürix" (İsveçrə), HİK (Finlandiya), "Sparta" (Çexiya), "Torino" (İtaliya), "Lokeren" (Belçika), "İnter" (İtaliya), "Borussiya" (M, Almaniya), "Dinamo" (Minsk, Belarus), "Tottenhem" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Brügge" (Belçika), "Dinamo" (Xorvatiya), "Legiya" (Polşa), "Rio Ave" (Portuqaliya).
Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.