"Mançester Yunayted"də ümidləri doğrultmayan Sinzi Kaqava karyerasını İspaniya La Liqasında davam etdirməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, yaponiyalı futbolçu ilə "Valensiya" ciddi şəkildə maraqlanır.
Baş məşqçisi Lui van Qalın komandasında görmək istəmədiyi futbolçunun da "yarasalar"ın təklifini müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, Kaqava 2012-ci ildə "Borussiya"dan (Dortmund) "Mançester Yunayted"ə transfer olunmuşdu.