“Arsenal" Dortmund “Borussiya”sının futbolçusuna “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, "topçular” Sokratis Papastatopulosun transferi üçün qarşı tərəflə danışıqlara start verib.
 
London klubu "sarı-qaralar"a 15 milyon avro təklif edib. Bundan başqa "topçular" əlavə bonuslar ödəməyə də hazırdı.
 
Lakin Dortmund klubu yunan futbolçuya görə 25 milyon avro tələb edir. “Arsenal”ın bu məbləği ödəyəcəyi inandırıcı görünmür.
Shares: