Hollandiya "Tvente"sinin futbolçusu Luk Kastaynos "Qarabağ"la Avropa Liqasının pley-off mərhələsinin cavab matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, oyundan qalib ayrıla bilməmələrini belə şərh edib:
"Hisslərimi izah etməkdə çətinlik çəkirəm. Üstünlüyümüzü qoruya bilmədik və bu, əsəbverici idi. 1:0-dan sonra çalışdıq ki, ikinci qolu da vuraq. Amma qol da buraxmamalı idik. Hesab 1:1 olandan sonra biz səliqəsiz oynadıq və topa nəzarət edə bilmədik. Həmçinin həmin vaxtdan sonra bəxtimiz də gətirmədi. Hakim Ziyex kimi mən də topu dirəyə vurdum. Bu gün bizim günümüz deyildi".
Qeyd edək ki, "Tvente" ilə evdə qolsuz (0:0) heç-heçə edən "Qarabağ" səfərdə rəqibi ilə 1:1 bərabərə qalaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.