Hollandiya "Tvente"sinin futbolçusu Andreas Byelland "Qarabağ"la Avropa Liqasının pley-off mərhələsinin cavab matçı sonrası fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, Ağdam klubu qarşısında acı məğlubiyyət aldıqlarını bildirib:
"Birinci hissədə yaxşı oynadıq və qərarlı idik. Amma istəyimiz baş tutmadı və onlar qazandı. Həmin vaxt bu çox çətin idi, ancaq necə olursa olsun növbəti qola ehtiyacımız var idi. Oyuna nəzarət etməyimizə baxmayaraq, kifayət qədər qol epizodlarını boşa verdik. Bu çox axı məğlubiyyətdi. Hesab edirəm ki, bu axşamkı oyundan dərs almalıyıq ki, çempionat matçlarında belə etməyək".