“Real”dan ayrılıb “Mançester Yunayted”ə keçən Anhel Di Mariyanın atası Migel oğlunun Premyer Liqa klubuna transferi haqda maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, atası oğlunun əməyinin heç vaxt layiqli şəkildə qiymətləndirilmədiyini deyib:
“Onlar sanki oğlumu komandada görmək istəmirdilər. Hər dəfə onun mövqeyinə oyunçu alınırdı. Qaret Beylin transferi buna sübutdu. “Real”da oğluma söz verilən məbləği ödəmədilər. Madrid klubuna keçərkən ona müəyyən məbləğ deyilsə də, sonradan yalnız yarısını ala bildik. Onlar Anhelə heç vaxt 6 milyon avro illik məvacib təklif etməyiblər. Son aldığımız təklif 5 milyon idi. Daha əvvəl isə o, bundan 1,5 milyon az qazanırdı. İndi Anhel “Mançester Yunayted”də xoşbəxtdi. Burada ona layiq olduğu dəyəri verirlər. Madrid klubu aparıcı futbolçusunu itirdi. Anhel istənilən anda istənilən oyunun taleyini dəyişməyə qadir futbolçudu”.