UEFA dünən keçirilən Çempionlar Liqasının püşkatma mərasimi zamanı ötən mövsüm üçün Avropanın ən yaxşı futbolçussu mükafatını da sahibinə təqdim edib. Futbolinfo.az xəbər verir ki, Portuqaliya millisi və Madrid “Real”ının lideri Kriştianu Ronaldo 2013/147 mövsümü üzrə qitənin ən yaxşısı seçilib.
 
Ötən mövsüm dünyanın ən yaxşı futbolçusu adını da qazanan forvard püşkatma zamanı canlı keçirilən səsvermədə əsas rəqibləri Aryen Robben və Manuel Noyeri geridə qoyub.
29 yaşlı oyunçu mükafatı aldıqdan sonra fikirlərini belə bölüşüb: "Hər zaman xoşbəxtəm. Bu cür mükafatlar almaq üçün həmişə çalışıram. Komanda yoldaşlarıma çox təşəkkür edirəm. Onlar olmasa, bu cür mükafatlar ala bilməzdim. Ailəmə və yoldaşlarıma çox təşəkkür edirəm. Bu mükafat muzeyimdə yox idi, ilk oldu".
 
Qeyd edək ki, bu il 4-cü dəfə təqdim olunan mükafatı daha əvvəl Lionel Messi, Andres İnyesta və Frank Riberi qazanmışdı.
Shares: