Ötən gecə "Neftçi" doğma azarkeşləri önündə Serbiya "Partizan"ına məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırdı. Futbolinfo.az xəbər verir ki, bu nəticə "ağ-qaralar"ın keçmiş rəsmisi olan Güloğlan Cabbarovu özündən çıxarıb.
O, sosial şəbəkələrin birində məğlubiyyətə görə məşqçilər korpusunu günahlandırıb:
"Dünən "Neftçi"nin oyununu bütün Azərbaycan gördü. "Neftçi"nin oyunundan əsər-əlamət yox idi. Dünənki oyunu uduzmağımızın səbəbi məşqçilər korpusunun təkəbbürlülüyü idi. Mən həmişə istefanın əleyhinə olmuşam. Amma Sadıq müəllimin yerinə olsam, bu faciəli oyunun memarlarını, oyundan qabaq bu yükü boynuna götürən insanları iti qovan kimi, qovardım".