Rusiya millisi Azərbaycanla keçiriləcək yoxlama oyunu üçün yekun heyəti açıqlayıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Fabio Kapello ilkin olaraq, 32 futbolçu çağırsa da, onlardan 25-ni komandada saxlayıb.
 
Həmin futbolçuların siyahısını təqdim edirk:
 
Qapıçılar: İqor Akinfeyev (ÇSKA, Moskva), Yuri Lodıqin (Zenit), Artem Rebrov (Spartak, Moskva);
 
Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hamısı – ÇSKA, Moskva), Vladimir Qranat, (Dinamo, Moskva), Dmitri Kombarov, Sergey Parşivlyuk (hər ikisi – "Spartak", Moskva), Andrey Semyonov (Terek, Qroznı), İqor Smolnikov (Zenit);
 
Yarımmüdafiəçilər: Denis Qluşakov (Spartak, Moskva) İqor Denisov (Dinamo, Moskva), Alan Dzaqoyev (ÇSKA, Moskva), Məhəmməd Ozdeyev, (Rubin, Kazan) Viktor Fayzulin, Oleq Şatov (hər ikisi – "Zenit");
 
Hücumçular: Artyom Dzyuba (Spartak, Moskva), Aleksey İonov, Aleksandr Kokorin (hər ikisi – "Dinamo", Moskva), Maksim Kanunnikov, (Rubin, Kazan) Aleksandr Kerjakov (Zenit), Dmitri Poloz (Rostov), Aleksandr Səmədov (Lokomotiv, Moskva), Denis Çerışev (Vilyarreal, İspaniya).
 
Qeyd edək ki, Rusiya – Azərbaycan qarşılaşması  sentyabrın 3-də "Ximki Arena"da keçiriləcək.
Shares: