Serbiya "Partizan"ının futbolçusu Petar Şkuletiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli hücumçu Bakı klubu qarşısında mükəmməl oyun göstərdiklərini deyib:
"Qolları kimin vurmasının elə də əhəmiyyəti yoxdu. Şadam ki, yaxşı oyun göstərərək, komandama kömək etdim. Çox ağır oyun oldu. Meydança bərbad vəziyyətdə idi. Super mübarizə göstərib qrup mərhələsinə vəsiqə qazandıq. Buna görə də çox xoşbəxtik".
Qeyd edək ki, Şkuletiç 2:1 hesablı qələbədə komandasının iki qolunun da müəllifi olub.