“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl cəzalandırılıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyanın İntizam Komitəsi "Fənərbaxça" ilə "Qalatasaray" arasında keçirilən Super kubok matçında baş verənlərə hüquqi qiymət verib.
TFF İstanbul derbisində "sarı-lacivərtlər"in qapıçısı Volkanın rəqib futbolçu Felipe Meloya qarşı etdiyi hərəkətini cəzalandırıb. O, 3 rəsmi matçda meydana çıxa bilməyəcək.
Bundan başqa Volkan bu hərəkətinə görə 17.500 TL ödəməli olacaq.