“Mançester Yunayted”də satışa çıxarılan futbolçu Sindzi Kaqava sabiq klubu "Borussiya"ya qayıda bilər. Futbolinfo.az xəbər verir ki, Almaniya mətbuatı yapon futbolçunun Dortmund klubuna keçməyə razılıq verdiyini bildirib. Klublar arasındakı danışıqlar isə davam edir.
 
Xatırladaq ki, 25 yaşlı oyunçu 2010-2012-ci illər arası "Borussiya"da oynayıb. 
Shares: