"Qalatasaray" daha bir futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Dani Nunkeunun komandası məlum olub. Kamerunlu bundan sonra İspaniyanın "Qranada" klubunun şərəfini qoruyacaq.
Bu barədə La Liqa təmsilçisinin prezidenti Quke Pina məlumat verib. O, artıq futbolçu ilə anlaşdıqlarını bildirib. Klub prezidenti müdafiəçinin icarə əsasında komandasında forma geyinəcəyini deyib.
Qeyd edək ki, Dani ötən mövsümü icarə əsasında "Beşiktaş"da keçirmişdi.