Madrid "Real"ının forvardı Kriştianu Ronaldo  sabiq komanda yoldaşı Anhel di Mariyanın "Mançester Yunayted"ə keçidinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, argentinalı yarımmüdafiəçinin yeni klubunda vaxtilə özünün geydiyi 7 nömrəli forma ilə bağlı məsləhət verib:
 
"Onun üçün İngiltərə klubuna oynamaq yaxşı olacaq. Mançester Yunayted" Avropanən ən yaxşı klublarından biridi. Di Mariya ilə danışdım. Ona "Mançester Yunayted"də 7 nömrəli forma geyinməyin məsuliyyət tələb etdiyini söylədim. Bu formanın haqqını verməlidi".
Shares: