Milan "İnter"inin vitse-prezidenti Xavyer Zanetti Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Monakodakı püşkatmada klubu təmsil edən veteran futbolçu tədbirdən sonra bu sözləri deyib:
 
"Avropa səviyyəsindəki bütün oyunlar çətindi. Məsafə baxımından çətin qrupa düşmüşük. Amma biz hər yarışda güclü olduğumuzu sübut etməliyik. "Sent-Etyen" böyük tarixi olan komandadı. Ukraynaya getmək barədə isə bəzi həssas məsələlər var. Əsas odu ki, yaxşı bağlanğıc edək. Hədəfimiz bütün yarışlarda lider olmaqdı. Biz bu turnirdə mümkün qədər irəliləmək istəyirik. Valter Matsari yeni oyunçular vasitəsilə güclü heyət qurur. Baş məşqçimiz oyunçularla yaxşı işləyir və öz ideyasını tətbiq edir".
 
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
Shares: