"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyadan "İnter", Fransadan "Sent-Etyen" və Ukraynadan "Dnepr"lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klub saytına verdiyi açıqlamada püşkü dəyərləndirib:
 
"Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəyimizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. "İnter"in dünya futbolunda mövqeyi bəllidi. Bunu müzakirə etməyə belə dəyməz. "Sent-Etyen" Fransanın ən titullu komandasıdı. Cari mövsümə də olduqca yaxşı başlayıblar. "Dnepr" isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol camiəsi üçün keçirəyəcəyimiz qarşılaşmalar yaddaqalan olacaq".
Shares: