Fransanın "Sent-Etyen" klubunun prezidenti Bernard Kayatso Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, asan qrupa düşdüklərini deyib:
 
"Bu qrupun o qədər də çətin olduğunu hesab etmirəm. Biz çətin bir şeylə qarşılaşanda daha çox öyrənirik. Ona görə də asan yol axtarmaq lazım deyil. "San-Siro"ya getmək möhtəşəmdi. Bundan əlavə, bizi uzaq səyahətlər gözləyir. Bu da çox maraqlı olacaq. Komandama güvənirəm".
 
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ"ın "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.
Shares: