Ukrayna "Dnepr"nin baş məşqçisi Dmitri Mixaylenko Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis təmsilçimiz "Qarabağ"ın çətin rəqib olduğunu deyib:
"İnter" və "Sent-Etyen" komandaları təcrübəli olsalar da, öz çempionatlarına da diqqət ayırmalı olacaqlar. "Qarabağ" da güclü komandadı. Onlar hollandiyalıları və "Zalsburq"u məyus edə bildilər. Rəqibin müxtəlif ölkələrdən təcrübəli futbolçuları var".
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.