Topaz Premyer Liqasının 4-cü turunun bir oyunu ilə bağlı dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” – “Bakı” oyununun keçirilmə yeri dəyişdirilib.
Sözügedən qarşılaşma "İnter Arena"da keçiriləcək.
Qeyd edək ki, oyunun öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mərkəzi arenanın ot örtüyü tamamilə sıradan çıxdığına görə, Ağdam klubu "İnter Arena"ya üz tutub.
Topaz Premyer Liqası
4-cü tur
31 avqust (bazar)
Qarabağ – Bakı
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “İnter Arena”, 20:30.