Dünən 100-ə yaxın "Neftçi" azarkeşi həbs olunub. Futbolinfo.az xəbər verir ki, onlar müxtəlif məkanlardan birbaşa tutularaq polis bölmələrinə aparılıblar.
 
Buna səbəb Bakıda "Partzan"ın avtobusunun daş-qalaq edilməsi olub. Serbiyanın ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlərin kütləvi həbsi başlanılıb. Həbs olunanların çoxu "Forza Neftçi" azarkeş qrupunun üzvləridi.
 
Artıq "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov xəbəri təsdiqləyib: "Bəli, bu doğrudu. Serbyanın ölkəmizdəki səfirliyi "Partizan"ın avtobusunu daşlayan azarkeşlər barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlər həbs olunub. Bu barədə ətraflı məlumatı hüquq-mühafizə orqanları verə bilər. Amma, bildirmək istəyirəm ki, həmin hadisə stadion ərazisində olmayıb. Stadionda kənar baş verən hadisədi. Biz hər zaman azarkeşlərimizin arxasındayıq. Ölkə çempionatımızda da dəfələrlə "Neftçi"nin avtobusu daşa basılıb. Düşünürəm ki, bunu bu qədər şişirtmək lazım deyildi. Dediyim kimi, məsələ klubumuzun diqqət mərkəzindədi". (fanat.az)
Shares: