"Xəzər Lənkəran" rəhbərliyi daha bir sərt qərar qəbul edib. Futbolinfo.az xəbər verir ki, bugünlərdə keçirilmiş klubdaxili iclasda qəbul olunan qərarlardan biri də Emin Quliyevlə bağlı olub.
 
Belə ki, gənc məşqçi cənub təmsilçisindən uzaqlaşdırılıb. O, bu mövsümə qədər əsas komandada məşqçi funksiyasını yerinə yetirsə də, Oğuz Çətinin gəlişindən sonra "Xəzər Lənkəran"ın 19 yaşlılarının məşqçisi təyin olunmuşdu. Lakin görünür onun əsas komandanın üzvlərinə hansısa təsirindən şübhələnən klub rəhbərliyi Quliyevi ümumiyyətlə klubdan uzaqlaşdırmağı üstün tutub.
Shares: