“Çelsi"nin hücumçusu Fernando Torres karyerasını "Milan"da davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, İtaliya klubunun rəsmi saytı bu haqda məlumat yayıb. İspan futbolçu Milanda tibbi müayinədən keçəndən sonra onunla iki illik müqavilə imzalanacaq.
 
Torresin keçidi “rossonyerlər”ə pulsuz başa gələcək. O, İtaliya nəhəngində icarə əsasında oynayacaq.
 
"La Gazzetta dello Sport"un xəbərinə görə, ispan futbolçu yeni klubunda illik 4 milyon avro qazanacaq. Hansı ki, bu onun “Çelsi”də qazandığından 3 milyon avro azdı.
Shares: