"Mançester Yunayted"in yarımmüdafiəçisi Sindzi Kaqava "Valensiya"da oynamaqdan imtina edib. Futbolinfo.az xəbər verir ki, "yarasalar"ın rəsmiləri "mankunyanlar"la razılıq əldə etsə də, yapon futbolçu İspaniyada oynamaq istəyir.
Kaqavanın yenidən Dortmund "Borussiya"sına qayıtmaq istədiyindən bu qərarı verdiyi təxmin edilir.
"Goal"un xəbərinə görə, o, karyerasını “Borussiya"da davam etdirəcək. Keçid 48 saat ərzində rəsmiləşəcək. Alman klubu yapon futbolçuya görə mankunyanlara 7,5 milyon avro ödəyəcək. Kaqavanın uğurlu çıxışı müqabilindən "qırmızı şeytanlar" əlavə 5 milyon avro bonus da qazana bilər.
25 yaşlı oyunçu "Borussiya" ilə 2018-ci ilə kimi müqavilə imzalayacaq.