"Liverpul"un müdafiəçisi Daniel Aqqer gözlənilmədən komandanı tərk etmək qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, mersisaydlıların vitse-kapitanı karyerasını "Brondbü"də davam etdirəcək. Kompensasiyanın məbləği 3 milyon funt sterlinq təşkil edəcək.
Xatırladaq ki, danimakalı futbolçu ingilis klubuna 2006-cı ildə məhz "Brondbü"dən transfer edilmişdi.
Aqqerin Avropanın aparıcı komandalarından birinə deyil, məhz sözügedən kluba keçəcəyi barədə çıxan xəbərlər hamını təəccübəndirib.