KPR-in hücumçusu Loik Remi karyerasını "Çelsi"də davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. "Zadəganlar" 27 yaşlı futbolçuya görə 10 milyon avrosundan keçəcək.
 
London klubu həmçinin Remilə müqavilənin şəxsi detallarını da razılaşdırıb. "Çelsi" 2 il müddətinə "Milan"a icarəyə verilən Fernando Torresin boşluğunu fransız oyunçuyla dolduracaq.
Shares: